1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kasparov karyerasını bərpa edir
Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov peşəkar karyerasını bərpa edir.
Sportnet.az-ın "France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı qrossmeyster bu gün ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq "Sinquefield Cup”da iştirak edəcək.
Sürətli şahmat və blits turnirinin təşkilatçıları bunun üçün H.Kasparova "vayld-kart” - xüsusi dəvət göndəriblər. Çünki 12 il əvvəl peşəkar idmandan gedəndən sonra onun təsnifat mərhələsində iştirak etmək imkanı olmayıb.
İlk görüşünü rusiyalı Sergey Karyakinə qarşı keçirəcək təcrübəli qrossmeyster ümumilkdə 9 rəqiblə qarşılaşacaq.
Qeyd edək ki, 1963-cü ildə Bakıda anadan olan Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub və bir sıra müxalif hərəkatların sıralarına qatılıb.