
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları keçirilib.
Sportnet.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması bu turda Almaniya ilə, qadınlar isə Rusiya ilə üz-üzə gəlib.
Kişilərin görüşündə Almaniya qalib gəlib. Qadınların qarşılaşması isə heç-heçə ilə yekunlaşıb.
Kişilər
Almaniya - Azərbaycan - 2,5:1,5
Liviu-Diter Hisipyanu - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Matias Blyuebaum - Arkadi Naydiç - 0,5:0,5
Daniel Fridman - Rauf Məmmədov - 1:0
Qeorq Mayer - Qədir Hüseynov - 0,5:0,5
Qadınlar
Azərbaycan - Rusiya - 2:2
Günay Məmmədzadə - Aleksandr Qoryaçkin - 0,5:0,5
Ülviyə Fətəliyeva - Katerina Laqno - 0,5:0,5
Gülnar Məmmədova - Olqa Qirya - 0,5:0,5
Türkan Məmmədyarova - Valentin Qunina - 0,5:0,5
Qeyd edək ki, 6 turdan sonra kişilərdən ibarət komanda 7 xalla 12-ci, qadınlardan ibarət yığma isə 9 xalla 3-cü yerləri bölüşür.