
İşğaldan azad olunmuş Suqovuşanın sakinləri avarçəkmə üzrə beynəlxalq “Prezident Kuboku-2025” reqatasına dəvət edilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən reqatada yarışlara aprelin 30-da start veriləcək.
Saat 11:00-da başlanacaq mübarizəyə Avropa, Asiya və Afrikanın 20-dən artıq ölkəsinin 200-dən çox avarçəkəni qatılacaq.
Əvvəlcə reqatanın rəsmi açılış mərasimi keçiriləcək. Daha sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq.
Nəhayət, idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Prezident Kuboku-2025"ə mayın 2-də yekun vurulacaq.