
“Yarışı üç medal qazanaraq yekunlaşdırdım”.
Sportnet.az xəbər verir ki, bunu kayak üzrə Azərbaycan milli komandasının üzvü Əlimurad Hacızadə “Prezident kuboku-2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında bildirib.
1000 metr məsafəyə mübarizədə qızıl medal qazanan Hacızadə göstərdiyi performansdan razı qaldığını vurğulayıb: “Çox gərgin bir reqata oldu.
Bu səbəbdən son dərəcədə soyuqqanlı bir şəkildə öz mübarizəmizi davam etdirdik. Bacardığımı etməyə çalışdım.
Rəqiblərim hər il qarşılaşdığım idmançılar idi. Ötən illə müqayisədə daha yaxşı iştirak etdim”.
O qarşıdakı planlarını açıqlayıb: “Qarşıda Slovakiya reqatası, III MDB Oyunları, Çexiya reqatası keçiriləcək. Bu yarışlarda yüksək şəkildə hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Əlimurad Hacızadə Suqovuşanda keçirilən yarışın ilk günündə 200 metr məsafadə, Mingəçevirdə isə 500 metr məsafədə bürünc medal əldə edib.