1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avarçəkənimiz yarımfinalda
Akademik avarçəkənimiz II Dünya Kubokunda yarımfinala yüksəldi
İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə II Dünya Kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı nüfuzlu reqatada 3 avarçəkən təmsil edir.
1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə Vassil Vitanov finişə 7 dəqiqə 21,920 saniyəyə çataraq, 4-cü olub. O, hollandiyalı Bart Lukkes (07:22.530) və əlcəzairli Sid Budinanı (07:50.800) üstələsə də, xorvatiyalı Luka Radoniç (07:11.200), slovakiyalı Lukas Babak (07:15.190) və isveçrəli Silvan Zenderdən (07:19.100) geri qalıb. Bu nəticə ilə 28 yaşlı idmançı 4-cü yerin sahibi kimi təsəlliverici yürüşə qatılıb. Həmin mərhələdə o, yürüşü daha tez - 7 dəqiqə 5,690 saniyəyə 3-cü yerdə başa vurub. Vitanov perulu Renzo Leon Qarsia (07:05.690) və hollandiyalı Bart Lukkeslə (07:05.940) birgə yarımfinala yüksəlib. Yürüşü son 2 yerdə tamamlayan yaponiyalı Yuki İkeda (07:06.550) və norveçli Sten Stude (07:15.860) mübarizəni C finalında tamamlayacaq.
Yarımfinal yürüşü bu gün saat 11:48-də başlanacaq. Vitanovun rəqibləri norveçli Ask Yarl Työm, slovakiyalı Lukas Babak, fransalı Stani Delayr, ABŞ təmsilçisi Ostin Meyer və perulu Renzo Leon Qarsia olacaq. İlk 3 yerin sahibləri A finalına (1 - 6-cı yerlər), sonrakı 3 yeri tutanlar isə B finalına (7 - 12-ci yerlər) çıxacaq.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov dueti isə uğursuz start götürüb. 2 nəfərlik qoşa avarlı qayqla (M2X) 2000 metr məsafə seçmə yürüşdə onlar finişə 6 dəqiqə 55,830 saniyəyə çataraq, 6-cı olublar. Azərbaycanlı cütlük xorvatiyalı Martin Sinkoviç - Valent Sinkoviç (06:10.010), litvalı Rolandas Maskinskas - Saulius Ritter (06:13.980), böyük britaniyalı Niçolas Midlton - Cek Bomon (06:17.510), avstraliyalı Kristofer Morqan - Devid Vatts ((06:19.210) və fransalı Uqo Buşeron - Matyö Androdias (06:24.850) duetindən geri qalıb.
Lakin Aleksandrov - Yotov duetinin əsas finala yüksəlmə şansları qalıb. Onlar bu gün saat 16:05-də startı veriləcək təsəlliverici yürüşdə fransalı Uqo Buşeron - Matyö Androdias, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, litvalı Rolandas Maskinskas - Saulius Ritter və almaniyalı Lars Hattiq - Tim Ole Naske (Almaniya) ilə mübarizədə ilk 2 yerdən birini tutacaqları halda, "6-lığ"a vəsiqə vəsiqə qazanacaqlar.