1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın daha bir nüfuzlu idman tədbirinə namizəd oldu
Azərbaycan Beynəlxalq Kanoe Federasiyasının (İCF) 2016-cı il Konqresinə ev sahibliyi etmək üçün namizədliyini rəsmən irəli sürüb. Sportnet.az-ın məlumatına görə, bu barədə Polşanın paytaxtı Varşavada baş tutan İCF-nin toplantısında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva ölkəmiz adından çıxışında bildirib.
O, Konqres nümayəndələrinin diqqətini son dövrlər Azərbaycanda həyata keçirilən idman tədbirlərinin miqyası və kanoe idman növünün inkişaf səviyyəsinə yönəldib. Əliyeva bildirib ki, bu təşəbbüs son illər Avropanın idman tədbirləri məkanı kimi məşhurluq qazanmağa başlayan bir ölkənin qısa zaman kəsiyində necə idman mərkəzinə çevrilməsi üzərində cəmlənib. İlk dəfə keçiriləcək 2015-ci il Avropa Oyunları, 2016-cı il Formula 1 üzrə Avropa Qran-Prisi, 2017-ci il İslam Oyunları, 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun, o cümlədən, 1/4 final matçının Bakıda baş tutması bu şəhərin beynəlxalq idman yarışlarının seçimi kimi adlanmasına səbəb olub və sonda Azərbaycan ev sahibliyi edəcək ölkə kimi seçilib.
Daha sonra Azərbaycanda kanoenin tarixinə nəzər salınıb və bu növün Mingəçevirdə möhtəşəm kanoe mərkəzinin inşasından sonrakı inkişafı haqqında danışılıb. Bildirilib ki, bu mərkəz Avropa Oyunları zamanı kayak və kanoe yarışlarına ev sahibliyi edəcək.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan hökumətinin 2016-cı il İCF Konqresinin ev sahibliyi üçün lazım olan öhdəliklərini özündə əks etdirən və zəmanət rolunu oynayan məktubu da əlavə edib. Bu tədbirin qonaqlar üçün optimal iqlim şəraiti ilə yanaşı, uğurlu sosial proqram, turistik və mədəni imkanlarla ən yüksək standartlara uyğun təşkil olunacağına təminat verilib.
Əliyeva Azərbaycanın bu imkanı əldə etməkdən qürur duyacağını və kanoe ailəsinin bu yenilikçi və maraq doğuran şəhəri 2016-cı il İCF Konqresi üçün məkan kimi seçməklə böyük miqyasda faydalanacağını bildirərək, müraciəti yekunlayıb.