
Temza çayında Oksford və Kembric komandaları arasında akademik avarçəkmə üzrə ənənəvi yürüş keçirilib. Sportnet.az-ın məlumatına görə, 161-ci dəfə baş tutan ötüşmə Oksfordun qələbəsi ilə yekunlaşıb.
Bununla da yürüşlərin keçirilməyə başladığı vaxtdan bəri Kembriclə fərq 2-yə enib. Hələlik Oksford 79, Kembric 81 yürüşün qalibi olub. 1877-ci ildə keçirilmiş daha bir yürüşdə isə heç-heçə qeydə alınıb.
Ümumi qələbə sayında Kembric 1930-cu ildən öndədir. Amma 2013-2014-cü illərdə Oksford qalib olub.
Qeyd edək ki, Temza reqatası Böyük Britaniyanın 5 ən populyar idman yarışı sırasındadır. Universitet yarışları ilk dəfə 1829-cu ildə Henlidə keçirilib. Bir neçə ildən sonra onu Londonun mərkəzinə keçiriblər. 1945-ci ildən ötüşmə Britaniya paytaxtının Patni şəhərciyində təşkil olunur.