
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində gerçəkləşən tədbirdə qaliblərə kuboklar təqdim olunub.
Akademik avarçəkmədə Gürcüstan yığması, kanoe-kayakda isə Özbəkistan birinci olub.
Daha sonra bağlanış bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan yığması “Prezident Kuboku-2025”i 15 medalla başa vurub.