Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) məşqçilər üçün seminarlar təşkil edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.
O bildirib ki, bununla bağlı Milli Olimpiya Komitəsi ilə danışıqlara start verilib: “Gələn ildən seminarlara başlayacağıq. Hazırda tarixlər seçilir. Bundan sonra məşqçilər üçün seminarların hansı aylarda olacağı ilə bağlı qərar qəbul ediləcək”.