Topaz
Premyer Liqasında qış fasiləsinin yaranması ilə Azərbaycan futbolu da fasiləyə
çəkilib. Bu müddətdə daha çox komandaların qış hazırlığı və transferlərinə diqqət
yönəldilir. Amma Sportnet.az-ın monitorinqi nəticəsində başda AFFA və Peşəkar
Futbol Liqası olmaqla, əksər klublarımızın saytları üçün yeni ilin daha erkən
başladığı üzə çıxıb.
Rəsmi
saytların sonuncu dəfə nə zaman xəbər yerləşdiklərini diqqətinizə çatdırırıq:
Azərbaycan
Futbol Federasiyaları Assosasiyasını rəsmi saytı (AFFA) – sonuncu dəfə dekabrın
26-da "Futzal federasiyasında seçki keçirilib” başlığı altında xəbər yerləşdirib.
Peşəkar
Futbol Liqasının rəsmi saytı isə daha tez istirahətə gedib. Onların sonuncu xəbəri
dekabr 24-nə təsadüf edir ki, həmin vaxt da İntizam Komitəsinin qərarları
verilib.
Çempionatın
lideri "Qarabağ”ın saytına isə xəbər dekabrın 24-də yerləşdirilib. Xəbərdə
İdman Araşdırmalar Mərkəzinin (İAM) soğrusunda Qurban Qurbanovun "ən yaxşı baş
məşqçi” seçilməsi haqqında məlumat verilib.
"Neftçi”nin rəsmi saytı dekabrın 26-da xəbər yerləşdirib.
Burada yalnız komandanın Türkiyədə keçirəcəyi yoldaşlıq oyunları haqqında məlumat
verilib.
"Simurq”
klubunun rəsmi saytı sonuncu xəbərini isə
Topaz Premyer Liqasının sonuncu turunda baş tutan oyun günü yerləşdirib. Belə
ki, Zaqatala klubu "Bakı” ilə keçirilən matçdan sonra qarşılaşmanın videosunu
yerləşdirib və istirahətə yollanıb.
AZAL
klubunun saytına isə sonuncu xəbər "Baş məşqçimiz Türkiyədə təlimdədi” başlığı
altında xəbər yerləşdirilib.
"İnter”in
saytı da sonuncu xəbərini 5 gün öncə verib. Burada Kaxaber Sxadadzenin
Gürcüstan millisində baş məşqçi vəzifəsində işləməsi haqqında məlumat qeyd
olunub.
Yalnız 3 klubumuzun – "Xəzər Lənkəran”, "Qəbələ” və "Sumqayıt”ın saytları son 2 gündə xəbərlər yazıb. Son iki klubun saytı dünən, cənub təmsilçisinin saytı isə bu gün sayta məlumat yerləşdirib.