
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan yığmanın II turda rəqibi Braziliya millisi olub. Braziliyanın Uberlandiya şəhərində keçirilmiş görüş təşkilatçı ölkənin qələbəsi ilə yekunlaşıb - 3:2 (25-13, 23-25, 21-25, 25-19, 15-12). Qrupun digər matçında Dominikan Respublikası Kamerundan üstün olub - 3:0 (25-20, 25-19, 25-14).
Beləliklə, ilk iki oyunundan məğlub ayrılan Azərbaycan millisi son turda Kamerunla keçirəcəyi görüşün nəticəsindən asılı olmayaraq, "Tokio 2020"yə lisenziya şansını itirib.