Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax olimpiada başlamazdan iki həftə əvvəl - iyulun 8-də Yaponiyanın paytaxtı Tokioya gedəcək.
Sportnet.az-ın məlumatına görə, İOC rəhbəri səfərdən əvvəl koronavirusa qarşı peyvənd olunacaq.
O, Yaponiyada olduğu müddətdə təşkilatçılar tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlərə və davranış qaydalarına riayət edəcək.
Baxın rəsmi görüşləri iyulun 12-də başlayacaq. Funksionerin iyulun 16-da atom bombardmanından əziyyət çəkən Xirosimaya getməsi planlaşdırılır.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb.