
Bu gün kişi voleybolçuların Yüksək Liqasında final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində “Azərreyl” və “Murov Az Terminal” komandaları ilk final matçına çıxıblar.
Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kişi voleybolçuların ikinci final oyunu aprelin 25-də Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, reqlamentə əsasən qalib iki oyunun nəticəsində müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Yüksək Liqa
Final
Birinci oyun
"Azərreyl" - "Murov Az Terminal" - 3:0 (25:19, 25:17, 25:18)
İkinci oyun
25 aprel
15:00. “Murov Az Terminal” - “Azərreyl”