
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, yığma komanda Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13 - 15 iyunda Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə Azərbaycanın rəqibləri meydan sahibi və Rumıniya yığması olacaq.
Avropa Qızıl Liqası (qadınlar)
7 iyun
II tur (Slovakiya)
Monteneqro - Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18).