
Braziliyalı voleybol mütəxəssisi Rafael Petry artıq Azərbaycandadır.
Sportnet.az xəbər verir ki, “Gəncə” komandası ilə yeni mövsümə iddialı start vermək üçün o, voleybolçularla ilk məşqlərə başlayıb.
44 yaşlı baş məşqçi ötən mövsüm Perunun “Alianza Lima” komandasını ölkə çempionu edib və karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada fəaliyyət göstərib.
O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarına, 2020 – 2022-ci illərdə isə Meksika millisinə rəhbərlik edib.