
2025/26 mövsümündə ölkəmizi qadınlar arasında Çempionlar Liqasında təmsil edən “Azərreyl” voleybol klubu bu həftə avrokubok səfərinə başlayır.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Bakı təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gələcək.
İlk oyun oktyabrın 23-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Cavab görüşü isə Serbiyada oynanılacaq. Qalib komanda növbəti mərhələyə adlayacaq.
Çempionlar Liqası, təsnifat mərhələsi – I tur
23 oktyabr 2025
19:00
“Azərreyl” (Azərbaycan) – “Radniçki” (Serbiya)
FHN-nin idman zalı (Bakı)