1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərreyl" uddu, "Telekom" uduzdu - YENİLƏNDİ
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, C qrupunda yer alan "dəmiryolçular" IV tur çərçivəsində Fransada "Sent-Rafael" komandası ilə qarşılaşıblar.
Frejus şəhərindəki Voleybol Mərkəzində keçirilmiş görüş "Azərreyl"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahibləri yalnız üçüncü seti üstün tamamlaya biliblər. Qrupun digər oyununda Türkiyə "Fənərbağça"sı Polşada "Dombrova Qurniça"nı eyni hesabla üstələyib.
Beləliklə, qrupa 3 oyuna 9 xal yığan "Fənərbağça" başçılıq edir. "Azərreyl" 6 xalla 2-ci, "Dombrova Qurniça" 3 xalla 3-cü, hələ xalı olmayan "Sent-Rafael" 4-cü pillədədir.
A qrupunda çıxış edən "rabitəçilər" isə III tur qarşılaşmasında İtaliyanın Modena şəhərində eyniadlı komandanın qonağı olub. İlk 2 görüşdə olduğu kimi, "Telekom" məğlubiyyətlə üzləşib - 0:3. Qrupun digər oyununda İtaliyanın başqa bir təmsilçisi "İmoko" Polşada "Ximik"ə çətinliklə qalib gəlib - 3:2. 3 turdan sonra "Modena" 8 xalla 1-ci, "İmoko" 6 xalla 2-ci, "Ximik" 4 xalla 3-cüdür. Aktivində xal olmayan "Telekom" isə qrup sonuncusudur.
Turun növbəti oyunları fevralın 8-də keçiriləcək.
Çempionlar Liqası, III tur
A qrupu
23:30. "Modena" (İtaliya) - "Telekom" (Azərbaycan) - 3:0 (25:20, 25:16, 26:24)
Hakimlər: İqor Şimpl (Slovakiya), Ancelko Popoviç (Serbiya)
IV tur
C qrupu
23:30. "Sent-Rafael" (Fransa) - "Azərreyl" (Azərbaycan) - 1:2 (16:25, 21:25, 25:18, 25:20)
Hakimlər: Karole Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)