
Voleybol üzrə dünya çempionatında mübarizə aparacaq qadınlardan ibarət Azərbaycan milli komandasının qrupdakı bütün rəqibləri müəyyənləşib. Sportnet.az xəbər verir ki, sonuncu yığma Puerto-Rikadır.
Mərkəzi amerikalılar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının təsnifat mərhələsinin nəticələrinə əsasən, final mərhələsində iştirak hüququ qazanıblar. Bununla da çempionatda mübarizə aparacaq 23 yığma müəyyənləşib. Sonuncu komandanın adı NORCECA-nın "pley–off" mərhələsindən sonra bəlli olacaq.
Qeyd edək ki, İtaliyanın ev sahibi olduğu mundial bu il sentyabrın 23-dən oktyabrın 12-dək keçiriləcək. Azərbaycan millisi D qrupunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, hər qrupdan ilk 4 yerin sahibləri növbəti mərhələyə keçəcəklər.
A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA–6
D qrupu: Yaponiya, Çin, Puerto – Rika, Belçika, Kuba, Azərbaycan
Sevinc XANQIZI