
Bakıda təlim-məşq toplanışında olan Gürcüstanın qadın və kişilərdən ibarət milli komandaları bu gün Azərbaycan yığmaları ilə qarşılaşıblar.
Sportnet.az xəbər verir ki, hər iki görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb. Qadınlar 4:0, kişilər isə 3:0 hesabı ilə qalib gəliblər. Mayın 18-də bu komandalar yenidən qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycanın qadın millisi Qızıl Avropa Liqasında, kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında mübarizə aparacaq. Gürcüstan milli komandaları isə Gümüş Avropa Liqasında çıxış edəcək.