Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan yığmanın ilk rəqibi Dominikan Respublikası olub. Braziliyanın Uberlandiya şəhərində keçirilmiş görüş Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib. Covanni Kapraranın rəhbərlik etdiyi kollevtiv setləri ardıcıl olaraq 15:25, 22:25 və 18:25 hesabları ilə duzub.
Qrupun digər oyununda Braziliya Kameruna qalib gəlib - 3:0 (25:14, 25:13, 25:16).
Qeyd edək ki, Azərbaycan millisi avqustun 2-də Braziliya, Kamerun isə Dominikan Respublikası ilə üz-üzə gələcək. Avqustun 3-də keçiriləcək üçüncü turun görüşlərindən sonra qrupda birinci yeri tutacaq komanda olimpiadaya lisenziya qazanacaq.