Kolumbiyalı tennisçi Alexandro Qomes yarışlardan kənarlaşdırılıb.
Sportnet.az Beynəlxalq Tennis Federasiyasının (ITF) rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı idmançı kokaindən istifadədə ittiham olunduğu üçün cəzalandırılıb.
Qomesin oktyabrın 30-da verdiyi sikid nümunəsində kokain tapılıb. Tennisçinin dekabrın 15-dən istintaq başa çatan müddətədək yarışlarda iştirakı qadağan olunub.