Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.