Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti dəfə Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, Türkiyədə kişilərdən ibarət "Halkbank Ankara" və Bolqarıstanın "Hebar Pazardzhik" komandaları arasında keçiriləcək Çempionlar Liqasının B qrupunun oyununu idarə edəcək.
Qarşılaşmada ikinci dərəcəli referisi fransalı Chantal Kaiser olacaq.
Qeyd edək ki, görüş yanvarın 25-də Ankarada gerçəkləşəcək.