Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, “Boston Seltiks” və “Dallas Maveriks” komandaları üz-üzə gəliblər. Görüş Boston təmsilçisinin 107:89 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Ceylen Braun 22 xal, 6 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 10-da reallaşacaq.