
Azərbaycanın həndbol üzrə qızlardan ibarət milli komandası XV Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) sonuncu yerdə başa vurub.
Sportnet.az xəbər verir ki, komanda 7-ci yer uğrunda oyunda Çexiya kollektivinə uduzub – 13:42.
Qeyd edək ki, finalda Hollandiya və Fransa yığmaları üz-üzə gələcək.