"Ottava Senatros" və "Los-Anceles Kinqz" komandaları arasında keçirilmiş Amerika Milli Xokkey Liqası (NHL) matçında əlbəyaxa dava düşüb.
Sportnet.az UNİAN-a istinadən xəbər verir ki, insidentə qonaqların xokkeyçisi Brendan Lemyenin meydan sahiblərinin oyunçusu Bredi Tkaçuku təxribata çəkməsi səbəb olub.
Nəticədə Tkaçuk rəqibinə hücum edib. İnsident zamanı Lemye ukrayna əsilli xokkeyçinin əlini dişləyib. O, sözügedən hərəkətinə görə 5 oyunluq cəza alıb, həmçinin 38 750 avro cərimələnib. Vəsait Xokkeyçilərə Təcili Yardım Fonduna köçürüləcək.
Tkachuk says Lemieux bit him in this scrum pic.twitter.com/RBGFfUxeNa
— Spittin' Chiclets (@spittinchiclets) November 28, 2021