
Respublika Velotrekində Azərbaycan Velosiped idmanı Federasiyasının (AVİF) yeni Icraiyyə Komitəsinin ilk iclası keçirilib.
Sportnet.az xəbər verir ki, iclasdan öncə federasiyanın yeni prezidenti və Icraiyyə Komitəsinin üzvləri Velotrek kompleksi ilə yaxından tanış olublar.
İclas zamanı gündəlikdə olan məsələlər üzərində müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində bu gün Azərbaycan yığma komandasının iki üzvü - Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc medal qazanıblar. Yarışlar davam edir.