"Bakı 2015"də kişilərin 1 metrlik tramplindən suya tullanma yarışında seçmə mərhələdə ilk 2 raund başa çatıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Artyom Danilov 70,25 xalla 9-cu pillədə gedir.
XXX
"Bakı 2015" I Avropa Oyunları çərçivəsində suyatullanma yarışlarına start verilib. Bu növ üzrə 4 gün ərzində 8 dəst medal sahibini tapacaq.
İlk yarış günündə əvvəlcə kişilər 1 metrlik tramplindən, qadınlar isə platformadan suya tullanacaqlar. Seçmə mərhələnin ardından axşam saatlarında final mərhələsi təşkil olunacaq.
Hazırda keçirilən kişilərin mübarizəsində Azərbaycanı Artyom Danilov təmsil edir. Saat 13:20-də başlanacaq qadınların yarışında isə təşkilatçı ölkədən Olqa Bıkovskaya çıxış edəcək. Final mərhələsi müvafiq olaraq, saat 19:00-da və saat 20:30-da start götürəcək.