1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin oyunundan sonra 3 futbolçu qovuldu
Avropa Liqasının I təsnifat mərhələsinin Monteneqroda "Mladost"la Azərbaycanın "Neftçi" komandaları arasında keçirilmiş cavab görüşündən sonra 3 futbolçuya qırmızı vərəqə göstərilib. Sportnet.az-ın məlumatına görə, bunlar "Neftçi"dən Aylton və Maksim Vaylo, meydan sahiblərindən isə Miloş S.Raduloviçdir.
Onlar 90+9-cu dəqiqədə final fiti səsləndirildiyi vaxt baş vermiş kütləvi toqquşma ilə əlaqədar qovulublar. "Neftçi"dən rəqibini vuran Aylton, eləcə də ehtiyat qapıçı Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Raduloviç hakimin qəzəbinə tuş gəlib. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.
Qeyd edək ki, insidentlə əlaqədar UEFA İntizam Komitəsinin hər 3 futbolçuya sərt cəzalar tətbiq edəcəyi, klubları isə ciddi cərimələyəcəyi gözlənilir.