ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərova haqsızlıq edilib. Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markeslə 1/4 final görüşündə hakimlər olimpiya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibinin təmiz qələbəsini qeydə almayıblar.
Artıq 30-cu saniyədən rəqibini yerə sərən Əsgərov onun kürəyini döşəyə sımağa da müvəffəq olub. Amma referi ona təmiz qələbə verməyə tələsməyib. Nəticədə Markes vəziyyətdən çıxıb. Amma hakimlər Əsgərova saxlama fəndinə görə də xal verməyiblər.
Yekunda güləşçimiz 5:10 hesabı ilə uduzub. Millimizin böyük məşqçisi Firdovsi Umudov isə hakimlərə kəskin etiraz edib. Amma nəticə dəyişməyib.
Sportnet.az TV həmin anları təqdim edir... (Videonu hazırladı: İsaq Mayılov)
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.