17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Orxey şəhərində Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qalib gəlib.
Yığmamızın heyətində Samir Əliyev və Oruc Bayramov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.