Qətərin paytaxtı Dohadakı boks üzrə dünya çempionatında Azərbaycanlı beynəlxalq dərəcəli hakim Rövşən Hüseynovun idarə etdiyi döyüşdə dəhşətli nokaut qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində mərakeşli Məhəmməd Hamu və hindistanlı Şiva Thapa arasındakı qarşılaşma 3-cü raundda yarımçıq dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində mərakeşli Məhəmməd Hamu və hindistanlı Şiva Thapa arasındakı qarşılaşma 3-cü raundda yarımçıq dayandırılıb.
Buna Thapanın endirdiyi zərbədən sonra Hamunun yerə sərilməsi səbəb olub. Mərakeşli boksçu görüşə davam etmək istəsə də, həkimlər buna icazə verməyib. Zərbə o qədər güclü olub ki, Hamu rinqi də texniki personalın köməkliyi ilə tərk edib. O, qalib elan olunduğu vaxt Hüseynovun yanına belə gələ bilməyib.
Qeyd edək ki, 56 kq çəki dərəcəsində Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev təmsil edir. Hazırda hakimlik edən Rövşən Hüseynov Azərbaycanın ilk Avropa çempionu sayılır. O, 1993-cü ildə 17 yaşında ikən 51 kq çəki dərəcəsində böyüklər arasında qitənin ən güclüsü olub.