Oktyabrın 14-də Azərbaycan Paralimpiya Komitəsi Soçinin "Skypark"ında 20 illiyini qeyd edib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Kuban-24" internet portalına "Skypark"ın mətbuat xidmətindən bildirilib.
Bayram tədbirində komitənin birinci vitse-prezidenti Natiq Qasımov, paralimpiya idmançısı Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Danya Dadaşova iştirak edib.
Tədbiri əlil arabasında badci ilə 69 metr yüksəklikdən tullanmaqla Kamal Məmmədov açıb. Daha bir tullanışı isə Qasımov və Dadaşova ediblər.