
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL qardaş ölkənin "Mersin İdmanyurdu" klubu ilə yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Gerede bölgəsində yerləşən "Dorukkaya” otelinin meydançasında baş tutan görüşdə təmsilçimiz 2:1 hesabı ilə qalib gəlib.