Türkiyənin Kartepe bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" dünən sonuncu yoxlama oyununu Türkmənistanın "Balkan" klubuna qarşı keçirib. Sportnet.az-ın məlumatına görə, qarşılaşna 1:1 hesabı ilə başa çatıb.
"Sumqayıt" FK-dan yeganə qolu Məhəmməd Qurbanov vurub.
Qeyd edək ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olub, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib. Batumi "Dinamo"su ilə görüşdən 2:2 hesablı bərabərliklə ayrılan Aqil Məmmədovun başçılıq etdiyi komanda "Altın Asır"la sülh bağlayıb - 2:2.