1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yalnız Namiq Abdullayev....
Olimpiadada bayraqdarlarımızın medal qazana bilməmək tendensiyası yaranıb
Azərbaycan yığmasının bayraqdarları üçün Yay Olimpiya Oyunları adətən uğursuz alınır. Sportnet.az-n məlumatına görə, bu statusda olan idmançılarımız əksər hallarda mükafatçılar sırasına düşə bilmirlər.
İstisna kimi yalnız Namiq Abdullayevi qeyd etmək olar. Azərbaycanın müstəqil respublika kimi ilk dəfə 1996-cı ildə iştirak etdiyi Atlanta Olimpiadasında gümüş medal qazanan sərbəst güləşçimiz 4 il sonra Sidneydəki yarışda bayraqdar olub. Abdullayev həmin Yay Olimpiya Oyunlarında 54 kq çəkidə 4 rəqibini məğlub edərək çempion olub. O, finalda amerikalı Samuel Hensona 4:3 hesabı ilə qalib gəlib.
"Atlanta-96"da ölkəmizin bayraqdarı ilk Olimpya çempionumuz Nazim Hüseynov olub. "Barselona-92"də MDB yığmasının heyətində qalibi olan olan 60 kq çəkili cüdoçumuz ABŞ-da ilk döyüşündə argentinalıya qalib gəlsə də, 1/8 finalda meksikalıya məğlub olub.
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında bayraqdarımız ağır atlet Nizami Paşayev olub. 94 kq-da çıxış edən idmançımız yarışda nə birdən, nə də təkanla qaldırmada nəticə göstərə bilib və Olimpiadada uğursuzluğa düçar olub.
Həmin Olimpiadanın qalibi olan yunan-Roma güləşçimiz Fərid Mansurov "Pekin-2008”də bayraqdarımız olub. Ancaq 66 kq-da çıxış edən güləşçimiz ilk qarşılaşmada ukraynalı həmkarına uduzaraq mübarizəni 1/16 finalda dayandırıb. Mansurovun yarış öncəsi xəstələnməsi öz sözünü deyib.
"London-2012”də bayraqdarımız Pekində zəfər yaşayan cüdoçu Elnur Məmmədli idi. Ancaq çəksini dəyişərək 81 kq-da mübarizə aparan cüdoçu ilk görüşündəcə kanadalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Nəhayət, "Rio-2016”da bayraqdarımız ilk dəfə olaraq boksçu olub. Ancaq Bakı-2015 I Avropa Ouunlarının qalibi olan Teymur Məmmədov də medal ümidlərini doğrulmayıb. 81 kq-da çıxış edən Məmmədov ilk 2 görüşündə qalib gəlsə də, 1/4 finalda qazaxıstanlıya uduzub və Olimpiadanı 5-ci yerdə bitirib.
Göründüyü kimi, Namiq Abdullayevi çıxmaq şərtilə qalanları bayraqdar kimi yarış meydanında etimadı doğrulda bilməyiblər. Nəticədə bayraqdar olan idmançılarımızın Olimpiya mükafatını qazana bilməmək tendensiyası yaranıb.
Mehman Süleymanov