
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Vyana "Rapid"inin U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində Mirkamil Həşimli adını tabloya yazıdırıb.
Qeyd edək ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.