Azərbaycan Premyer Liqasında XXIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1.
Qollardan ikisini Coy-Lens Mikels 11-ci və 32-ci dəqiqələrdə vurub. Bununla da çempionatda qol sayını 12-yə çatdıran almaniyalı hücumçu bombardirlər siyahısında liderliyini möhkəmləndirib. "Sabah"ın digər qollarını Aleksey İsayev 24-cü, Kahim Parris 40-cı, Aaron Maluda 53-cü, Cesse Sekidika 63-cü, Rəhman Daşdəmirov 77-ci dəqiqədə vurub. Maluda bu mövsüm çempionatda 7-ci qoluna imza atıb.
"Qəbələ"dən təsəlli qolununun müəllifi isə 87-ci dəqiqədə Adriel Ba Lua olub.
Beləliklə, xalını 56-ya yüksəldən "Sabah" ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini yenidən 7-yə çatdırıb. "Qəbələ" isə 16 xalla 11-ci yerdə gedir.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun son oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" "Qəbələ"ni qəbul edəcək.
Saat 19:15-də başlanacaq qarşılaşmanın baş hakimi çimərlik futbolu üzrə keçmiş FIFA referisi İnqilab Məmmədov olacaq.
İki komanda son 5 gün ərzində ikinci dəfə görüşəcək. Martın 5-də Qəbələdə keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sabah" penaltilər seriyasında qələbə qazanaraq, yarımfinala yüksəlib.
Hazırda Masazır təmsilçisi Premyer Liqada 22 oyundan 53 xalla liderdir. "Qırmızı-qaralar" isə 16 xalla 11-ci yerdə gedir.
İki komandanın əvvəlki 25 görüşünün 15-də "Sabah", 7-də "Qəbələ" qalib gəlib. Daha 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində yerli komandanın üstünlüyü belədir - 40:22.
“Sabah” son iki matçda quru hesabla qalib gəlib. “Qəbələ” axırıncı 6 səfərdən xalsız ayrılıb.
10 mart (çərşənbə axşamı)
19:15. “Sabah” – “Qəbələ” - 7:1
Qollar: Coy-Lens Mikels, 11; 32. Aleksey İsayev, 24. Kahim Parris, 40. Aaron Maluda, 53. Cesse Sekidika, 63. Rəhman Daşdəmirov, 77 - Adriel Ba Lua, 87
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”
Xatırladaq ki, XXIII turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəzlə 2:2, "Karvan-Yevlax" "Sumqayıt"la 1:1, "Şamaxı" "İmişli" ilə 0:0 hesablı heç-heçə edib. "Qarabağ" öz meydanında "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə yendiyi halda, "Neftçi" "Turan Tovuz"a uduzub - 0:1.




















































































