UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir ilk görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Almaniyada "Bayer" və İngiltərə "Arsenal"ı üz-üzə gəlib.
Leverkuzen şəhərindəki "BayArena"da təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 46-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Robert Andrix açıb. 89-cu dəqiqədə isə Kay Haverts penaltidən bərabərlik qolunu vurub.
Cavab görüşü martın 17-də Londondakı "Emireyts" stadionunda olacaq.
Qeyd edək ki, "Bayer" pley-off mərhələsində Yunanıstan "Olimpikos"unu üstələyib - 2:0, 0:0. "Arsenal" isə əsas mərhələdə 24 xalla 1-ci yeri tutub.











































































