"Qəbələ"nin yeni transferi Təmkin Xəlilzadənin forma nömrəsi müəyyənləşib. Bu barədə Sportnet.az-a 24 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. 
O, 33 nömrəli formanı seçdiyini bildirib. Xəlilzadə bu seçimini belə izah edib: "Mənim "Zirə"də geyindiyi "28" Stiven Jozef-Monrozda olduğu üçün, dəyişiklik etməli oldum. "33"ü seçməyim isə bu rəqəmdən xoşumun gəlməsi ilə əlaqədardır. Başqa xüsusi bir səbəb yoxdur". 
Qeyd edək ki, Təmkin Xəlilzadə "Qəbələ" ilə 2,5 illik müqavilə bağlayıb.  









                 





    
    
    
    
    
    
    
    
    





















































