
"Neftçi" komandası yeni mövsümə hazırlığın növbəti mərhələsi kimi Bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Afyon şəhərində yerləşən "Afyon Korel" otelində məskunlaşıb.
Avqustun 1-dək davam edəcək hazırlıq çərçivəsində flaqman 3 yoxlama matçı keçirəcək. Rəqiblər iyulun 24-də "Əl-Faysali" (Səudiyyə Ərəbistanı), iyulun 28-də "Antalyaspor" (Türkiyə) və iyulun 31-də "Panionios" (Yunanıstan) olacaq.