UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın evdə İngiltərə "Nyukasl"ına 1:6 hesablı məğlubiyyətinin ardından bu mərhələnin daha bir debütantı Norveç "Budö Qlimt"i İtaliya "İnter"ini qəbul edib.
Görüş "Budö Qlimt"in sensasion qələbəsi ilə yekunlaşıb - 3:1.
Belçikada "Brügge" və İspaniyanın "Atletiko Madrid" komandası arasındakı görüşdə əzmkar heç-heçə qeydə alınıb - 3:3.
"Olimpiakos" isə Yunanıstanda Almaniya "Bayer"inə uduzub - 0:2.
Cavab qarşılaşmaları fevralın 24-də olacaq.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar
18 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
Qollar: Elvin Cəfərquliyev, 54 - Entoni Qordon, 3; 32 (pen); 34, 45+1 (pen.), Malik Tşau, 8. Ceykob Mörfi, 72
00:00. "Budö Qlimt" (Norveç) - "İnter" (İtaliya) - 3:1
Qol: Sondre Fet, 20. Yons Petter Houqe, 61. Kasper Höq, 64 - Pio Espozito, 30
00:00. "Brügge" (Belçika) - "Atletiko Madrid" (İspaniya) - 3:3
Qollar: Rafael Onyedika, 52. Nikolo Tresoldi, 60. Xristos Tsolis, 89 - Xulian Alvares, 8. Ademola Lukman, 45+4. Xoel Ordonyes, 79 (öz qapısına)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya) - 0:2
Qollar: Patrik Şik, 60; 63
Cavab görüşləri fevralın 24-də gerçəkləşəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk 4 oyunu fevralın 17-də keçirilib.













































































