Türkiyənin "Qalatasaray" klubu İngiltərədə "Liverpul"a qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda xoşagəlməz hadisə ilə üzləşib.
Sportnet.az xəbər verir ki, matçın ikinci hissəsində zədələnən Viktor Osimheni əvəzləmiş Noa Lanq 76-cı dəqiqədə ciddi xəsarət alıb.
Hollandiyalı yarımmüdafiəçi epizod zamanı reklam lövhəsinə çırpılaraq əlini sıxıb. Zədə səbəbindən oyunu davam etdirə bilməyən Lanq meydançanı xərəkdə tərk edib.
Onun əvəzinə oyuna Mauro İkardi daxil olub.
Qeyd edək ki, hazırda "Liverpul" böyük hesabla öndədir - 4:0.














































































