Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 22-ci dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Coni Montiel açıb. 55-ci dəqiqədə hücumçu Kamilo Duran növbəti qolu vurub.
70-ci dəqiqədə Ceyhun Nuriyev fərqi azaltsa da, cəmi 2 dəqiqə sonra Kadi Borges son nöqtəni qoyub.
Beləliklə, xalını 52-yə çatdıran "Qarabağ" lider "Sabah"la xal fərqini yenidən 7-yə endirib. Ağdam komandasının ehtiyatda "Neftçi"yə qarşı təxirə salınmış oyunu da var. "Zirə" isə 39 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" evdə "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0 hesabı ilə yenib. Tura martın 15-də "Kəpəz" - "Turan Tovuz" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
-------------------
Azərbaycan Premyer Liqasında XXIV turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Sabah" komandaları üz-üzə gəlib.
Sabiq FIFA referisi Rauf Cabarovun idarə etdiyi oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 5:0.
Hesabı 11-ci dəqiqədə Stiv Solvet açıb. 14-cü dəqiqədə Coy Lens Mikels penaltini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə almaniyalı hücumçu "dubl" edərək, Premyer Liqada qol sayını 14-ə çatdırıb.
Fasilədən sonra "Sabah" daha 2 qol vurub. 49-cu dəqiqədə Kahim Parris fərqlənib. Son nöqtəni isə 73-cü dəqiqədə penaltidən Aleksey isayev qoyub.
Bununla da xalını 59-a çatdıran "Sabah" liderliyini inamla davam etdirir. "İmişli" isə 22 xalla 9-cudur.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar çempionluq uğrunda mübarizə aparan komandaların iştirakı ilə baş tutacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Sabah"ı qəbul edəcək. Saat 15:00-da başlanacaq görüşün baş hakimi sabiq FIFA referisi Rauf Cabarov olacaq.
Hazırda "Sabah" 23 oyundan 56 xalla lider, "İmişli" isə 22 xalla 9-cudur. Aradakı ciddi fərqə baxmayaraq, bu mövsüm Masazır təmsilçisi yalnız debütanta uduzub. Bu, 2025-ci il avqustun 31-də "Bank Respublika Arena"da baş verib - 0:1. Lakin II dövrədə "Sabah" bu məbləğin əvəzini Qubada artıqlaması ilə çıxıb - 3:0.
Beləliklə, hər iki oyunda qonaq olan komanda qalib gəlib. Meydan sahibi tərəf nəinki qələbə, qol sevinci də yaşamayıb.
Günün digər matçında isə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda saat 19:15-də başlanacaq oyuna Fərid Hacıyev baş hakim qismində təyinat alıb.
Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv 23 oyundan 39 xalla 4-cü yerdə gedir. Bir görüş az keçirən Qurban Qurbanovun komandası isə 49 xalla 2-cidir.
İki kollektivin əvvəlki 41 qarşılaşmasının yalnız 2-də "Zirə" qələbə qazanıb. "Qarabağ" 26 dəfə qalib gəlibsə, 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam komandasının ciddi üstünlüyü var - 82:23.
“Qarabağ” son 9 oyunda qol vurub. “Zirə”nin axırıncı 3 ev görüşündə hər iki komanda fərqlənib.
Azərbaycan Premyer Liqası, XXIV tur
14 mart (şənbə)
15:00. “İmişli” – “Sabah” - 0:5
Qollar: Stiv Solvet, 11; Coy Lens Mikels, 14 (p.); 35; Kahim Parris, 49; Aleksey İsayev, 73 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə yoxdur.
Sarı vərəqə: Ezekiel Morqan, 69 (qeyri-idman hərəkəti)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba OİK stadionu, 180 tamaşaçı
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı (21. Abbas Ağazadə, 46) 44. Həzrət İsayev 94. Rafael Vieqaş (79. Dioqo Kardozu, 46) 10. Nikola Karaklaiç 29. Edvin Banquera (3. Tuncay Yusifli, 25) 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov, 79) 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr (30. Xəlil Mürsəlli, 60)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (21. Velko Simiç, 75) 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 66) 80. Akim Zedadka 3. Stiv Solvet (53. Andrey Santos, 84) 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça (6. Abdulax Xaybulaev, 75) 11. Kahim Parris 7. Umarali Raxmonaliyev (22. Zinedin Uld Xaled, 66)
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 89. Cəfər Muxtarov 40. İqor Noqeyra 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
19:15. “Zirə” - “Qarabağ” - 1:3
Qollar: Ceyhun Nuriyev, 70 - Coni Montiel 22. Kamilo Duran, 55. Kadi Borges, 72
Sarı vərəqə: Enrike Kustodio, 66 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov (29. Ceyhun Nuriyev, 56) 14. Elçin Əlicanov (21. Hacıağa Hacılı, 56) 4. Ruan Renatov (k) 25. Enrike Kustodio 9. Davit Volkov (28. Leroy Mikels, 76) 30. Rikardo Martins 93. Brahim Konate (10. Giorgi Papunaşvili, 63) 5. Ange Mutsinzi 11. Junior Martins (22. Eren Aydın, 63)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 19. Rüfət Abdullazadə 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 90+2) 10. Abdullah Zubir (k) (22. Musa Qurbanlı, 85) 81. Kevin Medina 20. Kadi Borges 2. Mateus Silva 9. Coni Montiel (8. Marko Yankoviç, 73) 18. Dani Bolt (30. Abbas Hüseynov, 90+2) 15. Leandro Andrade (11. Emmanuel Addai, 90+2) 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
Xatırladaq ki, XXIV turun ilk oyunlarında "Araz-Naxçıvan" evdə "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də keçiriləcək "Kəpəz" - "Turan Tovuz" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.













































































