1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Futbolsuz ürəyim partlayır"
"Mövsümlərarası fasilə çoxdur deyə futbolsuz lap ürəyimiz partlayır. İstirahət etmək üçün vaxtımız çoxdur, arada uşaqlarla yığışıb futbol oynayırıq”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Futbolsuz darıxdığını deyən müdafiəçi çempionatın tez başlamasını istəyir: "Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin, indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budur. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.