Argentina prezidenti Xavyer Miley “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə əfsanəvi Dieqo Maradonanın oyunlarını müqayisə edərək, futbol tarixinin ən yaxşı oyunçusunu seçib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, ölkə başçısı Messini Maradonadan daha üstün tutub:
“Maradona bizə unudulmaz anlar yaşadan gözəl futbolçu idi. Ancaq fikrimcə, o, ən yaxşısı deyildi. Eyni zamanda, inanıram ki, o, haqsız yerə tənqid edilib, şəxsi həyatına müdaxilələr olub. Messi isə bütün zamanların ən böyük oyunçusudur. “Messi mümkünsüzdür” adlı məqalədə onun niyə ən yaxşı olmasından bəhs edilir. O, bir fenomendir”.
Qeyd edək ki, Xavyer Miley 2023-cü ilin dekabrında Argentina prezidenti vəzifəsinin icrasına başlayıb.