Volkan Dəmirəlin stadionu tərk etməsi keçmiş illərdə Türk futbolunda yaşanan stadion tərk etmə hadisələrini yada saldı. Sportnet.az-ın məlumatına görə, 2005-ci ildə Trabzonspor forması geyən Gökdeniz Karadeniz, Ankaragücü ilə oynanan bir matçın fasiləsində oyundan alınmış və heç kimə xəbər vermədən stadionu tərk etmişdi.
Mərc skandalı, həyat yoldaşının avtomobilinin və iş yerinin güllələnməsi kimi hadisələr yaşayan Gökdeniz, Şenol Günəş tərəfindən hissələr arasında oyundan çıxarılınca avtomobilinə minib evinə gedmişdi.
Fənərbaxça forması geydiyi illərdə Elvir Baliç də bənzər bir hərəkət etmişdi. Qaziantepsporu 4-3 məğlub etdikləri matçın fasiləsində baş məşqçi Mustafa Denizlinin başqa oyunçu ilə dəyişdiyi Baliç o hadisəni belə izah etmişdi: "O matçda bir şeylər etməyə çalışmışdım, ən azından mənə görə komandanın ən pisi mən deyildim. O məntiqlə düşündüm və matçın fasiləsində Mustafa müəllim məni oyundan çıxaranda əsəbiləşib taksiylə Samandırayaa getdim. Matçı taksidə radiodan dinlədim. Samandıraya gələnə qədər matçda dönüş etdik və 4-3 qalib gəldik. Mənim yerimə oyuna girən Rapaiç matçı tək başına uddu. Ertəsi gün heç bir şey olmamış kimi məşqə çıxdım. Çünki, matçı 4-3 udduğumu üçün mənim etdiyim hərəkət unudulmuşdu."
Fənərbaxçadan ayrılaraq İngiltərəyə gedən və 2010-ci ildə Bolton forması geyən Tuncay Şanlı liqada keçirilən Bolton - Stouk Siti matçının başlamasını gözləmədən stadionu tərk edmişdi. Özünü ilk 18-də görə bilməyincə tribunaya çıxmaq yerinə bir taksiyə oturub evinə getməyi üstün tutan Tuncay, daha əvvəl də Hull Siti matçının 81-ci dəqiqəsində oyuna girib, 87-ci dəqiqəsində dəyişdiriləndə birbaşa stadionu tərk etmişdi.
Qalatasarayın böyük ümidlərlə Mançester Sitidən transfer etdiyi Elano, liqada keçirilən Bucaspor matçında gördüyü qırmızı kartdan sonra Raykard tərəfindən danlandı. Hollandiyalı məşqçi braziliyalı oyunçuya "Bu necə məsuliyyətsizlikdir? Sənə ehtiyacımız olan dəqiqələrdə qırmızı kart aldın, sənin kimi bir oyunçuya heç yaraşmadı" deyə danlanınca, Elano formanı belə çıxarmadan evinə getmişdi.