1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"da yeni rekordçu
Azərbaycan Premyer Liqasının 36-cı turunun "İnter”lə qarşılaşmasında (3:1) dubla imza atan Məhəmməd Qurbanov klubun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, Qurbanov "gənclik şəhəri” təmsilçisinin ölkə çempionatları tarixində ən yaxşı bombardiri adına yiyələnib.
Qurbanov sumqayıtlıların heyətində 18-ci çempionat qolunu vurmaqla, klubun mütləq rekordçusuna çevrilib. Mövsümün son oyunu ərəfəsində rekord iki oyunçuya məxsus idi. Pərdis Fərcad-Azad və Məhəmməd Qurbanov hərəyə 16 qol vurmuşdu. Son görüşdə Fərcad 1, Məhəmməd 2 dəfə fərqlənib.
Beləliklə, klub tarixinin ən məhsuldar oyunçusu ünvanı 43 oyunda 18 dəfə fərqlənən Qurbanova keçib. 59 matçda 17 dəfə fərqlənən Pərdis 2-ci, 70 qarşılaşmada 14 dəfə rəqib qapısına yol tapan Orxan Əliyev 3-cü pillədə qərarlaşıb.