Bakı - Xankəndi Azərbaycan Velosiped yarışında III mərhələyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın qalibi adını Qazaxıstanın "Astana" klubunun üzvü Qleb Siritsa olub.
Qeyd edək ki, bu mərhələdə iştirakçılar Qəbələ şəhər stadionunun qarşısından yürüşə başlayıblar.
Onlar Oğuz və Şəki rayonlarından keçməklə, 162,9 km yol qət ediblər.
Finiş isə Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzinin qarşısında olub.
Qeyd edək ki, 5 mərhələdən ibarət yarışa mayın 14-də yekun vurulacaq.


















































































