Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışında sonuncu - V mərhələyə start verilib.
Sportnet.az xəbər verir ki, 20 ölkənin 24 komandasının üzvləri Tərtər rayon icra hakimiyyətinin qarşısından yürüşə başlayıblar.
Onlar Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi marşrutu ilə hərəkət edəcəklər.
181,5 km məsafə qət etdikdən sonra onlar Xankəndi Zəfər Parkının qarşısında qurulmuş finiş xəttini keçəcəklər.




















































































